Tarixdə ilk: Vatikan qubernatoru qadın olacaq

Papa Fransisk rahibə Raffaella Petrininin Vatikana qubernator təyin ediləcəyini açıqlayıb. Petrini tarixdə bu vəzifəni tutan ilk qadın olacaq.

Axar.az xəbər verir ki, bu barədə “Vatikan Nyus” məlumat yayıb.

Məlumata görə, rahibə bu vəzifənin icrasına mart ayında başlayacaq.

O, 2021-ci ildən Vatikan qubernatorluğunun baş katibi vəzifəsində çalışır.

Qeyd edək ki, qubernator vəzifəsini tutan şəxs faktiki olaraq dövlətin hökumət başçısı sayılır və baş nazir səlahiyyətlərinə malikdir, həmçinin Roma Papası adından Vatikanı idarə edir.