Kabilin mərkəzində partlayış


Əfqanıstanın Kabil şəhərinin rayonlarından birində partlayış baş verib.

Partlayış Kabilin mərkəzində, yerli bazarda olub.

Yerli medianın məlumatına görə, “Taliban”a məxsus avtomobilə bərkidilmiş maqnit minası partlayıb. Partlayışdan sonra atışma səsləri eşidilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Mənbə: RİA Novosti