Berlində şənbə günü koronavirus məhdudiyyətlərinin əleyhdarlarının müxtəlif aksiyaları zamanı ümumilikdə 58 nəfər saxlanılıb, iki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Trend xəbər verir ki, bu barədə məlumatı şəhər polisi yayıb.
Bildirilir ki, saxlanılanlardan 22 qadındır. Yaralanan polislərin səhhəti yaxşı olduğu qeyd olunur, onların yüngül xəsarətlər alıblar.