Türkiyə Vəkillər Kollegiyasının sədrliyinə seçkilər keçirilib.
APA-nın yerli bürosunun “CNN Türk”-ə istinadən xəbərinə görə, Vəkillər Kollegiyasının sədri 25 səs çoxluğu ilə indiki Ankara Vəkillər Kollegiyasının sədri Erinç Sağkan seçilib.
Qeyd edək ki, 4-5 dekabrda Türkiyə Vəkillər Kollegiyasınının 36-cı fövqəladə iclasında keçirilən seçkilərdə indiki sədr Metin Feyzioğlu ilə E.Sağkan yarışıb.
E.Sağkan 156 səsə qarşı 181 səslə qalib gəlib.