İstanbulda paraplan qayığın üzərinə düşdü: ölən var

İstanbulun Böyükçəkməcə sahilində paraplan qayığın üzərinə düşüb.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində paraplanın pilotu həyatını itirib.

Hadisə şahidlərinin sözlərinə görə, pilot idarəetməni itirib və nəticədə sözügedən faciəvi olay baş verib.

Hadisə yerinə polis və həkim briqadası gəlib.