Belçikanın paytaxtı Brüsseldə sanitar rejim əleyhinə etiraz aksiyası keçirilib.
APA-nın xəbərinə görə, aksiyada 8 mindən çox adam iştirak edib.
2 həftə əvvəlki aksiyalardan fərqli olaraq bu dəfə güc strukturları ilə ciddi qarşıdurma qeydə alınmayıb. Etirazçılar əllərində “Vaksin istəmirik”, “Covid=soyqırımı”, “Uşaqlar üçün vaksinə son” şüarları yazılmış plakatlar tutublar.