Somalidə restorana edilən bombalı hücum nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ölkənin Baydabo şəhər Polis İdarəsinin rəisi Ömər Məhəmməd bildirib.
Onun sözlərinə görə, ölənlərdən biri hərbçidir.
Hücumu “Əş-Şəbab” terror qruplaşmasının törətdiyinə dair açıqlama yayılıb.