Ruhlardan qorxur, məktəbi sevmir

Rihanna haqqında indiyədək bilinməyən 10 həqiqəti təqdim edirik

Barbadosda dünyaya gəlib ABŞ-da dünya şöhrəti qazana müğənni Rihanna səsi ilə yanaşı gözəlliyi və mükəmməl bədən quruluşu ilə heyrətləndirməkdə davam edir. “Şərq” xarici mediada yer alan xəbərlərə istinadən Rihanna haqqında indiyədək bilinməyən 10 həqiqəti təqdim edir.  
1. Ruhlardan qorxur. Rihanna kiçik yaşlarında olarkən bir dostunun evində “şeytan çıxartma” ayininin şahidi olub. O gündən bəri də ruhlar, gözəgörünməz varlıqlar ən böyük qorxusudur.  Bu qorxu səbəbindən  “Blues Brothers” qrupunun üzvü John Belushinin yüksək dozada narkotik maddə qəbulu səbəbindən Chateau Marmont Otelində vəfat etməsi hadisəsindən sonra Rihanna bu otelin adını belə eşitmək istəmir, heç vaxt da ora getməyəcəyini bəyan edib.
2. Rihannanın atası Ronald Fenty narkotik maddə asılısı olub. Uşaq yaşlarında Rihanna atasının evdə narkotik maddə istifadə etdiyini dəfələrlə görüb. Rihanna 14 yaşındaykən valideynləri boşanıb.  
3. Nə gəldi yeyir. Rihanna kulisdə, evdə, səyahətə çıxdığı zaman kalori miqdarını nəzərə almadan, kökələ biləcəyindən ehtiyat etmədən könlü istədiyi qidaları sifariş edir. Süfrədə bolluca qidalar olması xoşuna gəlir.  
4. Rihanna konsert öncəsi papaq, şlyapa, eynək... bu kimi əşyalarla kamuflyaj edərək pərəstişkarları arasında dolaşmağı sevir. Onu heyranlarının nə düşündüyü, haqqında nələr danışdıqları çox maraqlandırır. Əlbəttə, bu gəzintilər zamanı qorumaları da gizlincə onu təqib edir.  
5. Rihannanın bədənindəki döymənin tərcüməsi “əsla bacarıqsızlıq deyil, hər zaman bir dərs”dir. Amma bu sözlər tərsinə həkk edilib. Ona görə ki, Rihanna güzgü qarşısında dayandıqda o sözləri oxuya bilsin. 
6. Məzun olmayıb. Rihanna lisey məzunu olmayıb. Musiqi karyerası başladıqda liseydən ayrılıb. Sonradan liseyi tamamlamaq fürsəti olmayıb, bu, onu heç maraqlandırmayıb da. 
7. Məktəbə nifrət edir. Dünyada ən çox qazanc əldə edən pop-star olmasaydı, psixoloq olmaq istərdi. Amma bunun üçün yenə də məktəbə getmək lazım gələcəkdi. Rihanna isə məktəbə getməyi heç vaxt sevməyib, hətta nifrət edib. Allaha şükür edir ki, onu sevdiyi istiqamətə yönəldib. 
8. Rihanna ayaqlarını 1 milyon dollara sığortalayıb. Hər yerə, hər şeyə xərclənən pullar müqabilində ayaqlar da çox önəmlidir. 
9. Rihanna yaxın rəfiqəsi, məşhur müğənni Keti Perrinin, bizim dillə desək, toy sağdışı olmalıydı. Gəlinin əsas köməkçisi, yardımçısı. Amma Hindistanda mahnılardan ibarət albomunun qeydiyyat işləri ilə bağlı vaxtında toya gələ bilməyib.  
10. Mükəmməl həyatı var. Həyatının mükəmməl olması, ona rahatsızlıq gətirəcək heç bir şeyin olmaması Rihannanı qorxudur. Bəlkə də qorxmaqda haqlıdır. Məşədi İbad demiş: mənim bir eyibim var, o da eyibsizliyimdi. Hər insanda mütləq çatışmayan nəsə var. Rihanna bunu gizlədə bilir, hələ ki. 
Əsas məsələ: Ona yaxınlaşanlar Rihannadan hər zaman gözəl qoxu gəldiyini söyləyir. Bunu başqa məşhurlar da təsdiqləyir. Amma nədəndir bu gözəl qoxu, bilinmir. 
Hazırladı: Məlahət