Həyəcan təbili  çalınır! - Arktikada rekord yüksək temperatur qeydə alınıb

İlk dəfədir ki, Ümumdünya Mühafizə Təşkilatı Arktika ərazisini ekstremal hava hesabatları arxivinə daxil edir. “Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Arktikada indiyə qədər qeydə alınan ən yüksək temperatur - 38C (100F) rəsmi olaraq təsdiqləndi. Ümumdünya Meteorologiya Təşkilatı olan “WMO”nun baş katibi Petteri Taalas deyir: 

"Bu yeni Arktika rekordu Ümumdünya Hava və İqlim Ekstremalları Arxivinə bildirilən və dəyişən iqlimimizlə bağlı həyəcan təbili çalan müşahidələr silsiləsindəndir. Havanın temperaturu iyun ayı üçün bölgənin orta gündəlik səviyyəsindən 18 dərəcə yüksək olub.
BMT  38C temperaturun uzun sürən Sibir isti dalğası zamanı bildirildiyini və bunun Arktikadan daha çox Aralıq dənizinə uyğun olduğunu söyləyib.

Bölgədəki həddindən artıq olan istilər meşə yanğınlarına səbəb olub.  Bu yanğınlar Rusiyanın şimalındakı meşələri və torf torpaqlarını bürüyüb.

Yüksək temperatur və güclü külək yanğınları qeyri-adi dərəcədə şiddətləndirib.

Arktikada istiləşmə yerin altında bir dəfə həmişəlik donmuş permafrostun əriməsinə gətirib çıxarır. Bu elm adamlarını narahat edir, çünki əbədi donun əriməsi ilə əvvəllər yerin altında qalmış karbon qazı və metan buraxılır.

Yüksək temperatur quru buzların daha sürətli əriməsinə səbəb olur.  Nəticədə suyun  okeana axmasıyla dəniz səviyyəsi qalxır.

Nəzarət edilməzsə, insanlar və təbiət fəlakətli istiləşmə, pisləşən quraqlıq, dəniz səviyyəsinin daha çox qalxması və növlərin kütləvi məhvi ilə üzləşəcək.

Cəmilə ƏZİM