"Omikron" ştamının iki qeyri-adi simptomu aşkarlanıb

Cənubi Afrika Respublikasında dominant olan koronavirusun "omikron" ştamının daha iki əlaməti aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Ölkənin ən iri özəl sağlamlıq şirkəti "Discovery Health"in icraçı direktoru Ryan Noaç bildirib ki, "omikron" ştamına yoluxmuş xəstələrdə bel və boğaz ağrıları qeydə alınıb.

Noaç, həmçinin deyib ki, koronavirusun yeni variantı daha az təhlükəlidir.

Qeyd edək ki, yeni "SARS-CoV-2" ştamı ilk dəfə noyabrın 20-də Botsvana və Cənubi Afrikada müəyyən edilib.