SOS siqnalı! - 100 min siyasi məhbus, məcburi əmək, məhkəməsiz qətllər, cinsi zorakılıq...

7 ölkə Şimali Koreyada 100 mindən çox insanın siyasi həbs düşərgələrində saxlandığını iddia edib.“Sherg.az” bildirir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild Amerika, İngiltərə, Fransa, Yaponiya, İrlandiya, Estoniya və Norveç adından yaydığı birgə bəyanatda Şimali Koreyada siyasi məhbus düşərgələrində 100 mindən çox insanın saxlandığını iddia edib. O, düşərgələrdə saxlanılanların işgəncələrə, məhkəməsiz qətllərə və aclığa məruz qaldığını iddia edib.

Linda Tomas Qrinfild İngiltərə, Fransa, Yaponiya, İrlandiya, Estoniya və Norveç adından yaydığı birgə bəyanatda Şimali Koreyada sistematik insan haqları pozuntularına diqqət çəkib.

O qeyd edir ki, Şimali Koreyadakı rejim 100 mindən çox insanı işgəncələrə, məcburi əməyə, məhkəməsiz qətllərə, aclığa və cinsi zorakılığa məruz qaldıqları siyasi həbs düşərgələrində saxlamağa davam edir:

“Əhalinin qalan hissəsi təhdid və qorxu ilə idarə edilir. Eyni zamnda insanlar ifadə azadlığından məhrumdurlar. Rejim ölkədən qaçmağa çalışan hər kəs üçün “vur-öldür” əmrlərini yerinə yetirir və humanitar yardımların çarəsiz şəxslərə çatmasının qarşısını alır”.

Şimali Koreyada insan haqları pozuntularının sənədləşdirildiyini və dövlətin Şimali Koreyada “insanlığa qarşı cinayətlər” törətdiyini qeyd edən Tomas Qrinfild BMT Təhlükəsizlik Şurasını bu məsələ ilə bağlı tədbir görməyə çağırıb.

Cəmilə ƏZİM