ABŞ Lazer silahını sınaqdan keçirdi! – “Dənizdəki müharibəni istiqamətləndirəcəyik"

"Lazer silahı ilə biz dənizdəki müharibəni dəyişdirəcək və istiqamətləndirəcəyik"
ABŞ öz ordusuna məxsus “USS Portland” Lazer silahının sınaq atışını həyata keçirərək uğurlu olduğunu açıqlayıb.
“Sherg.az” xarici mediaya istinadən bildirir ki, ABŞ ordusu yüksək enerjili lazer silahından daha sürətli ballistik raketi sınaqdan keçirib. 

Afrika qitəsində Ərəbistan yarımadası ilə Somali yarımadası arasında yerləşən Ədən körfəzində aparılan sınaq prosesinin uğurla nəticələndiyi açıqlanıb. Lazer silahı "USS Portland"dan atılanda sınaq anları ABŞ ordusunun rəsmi hesabından paylaşılıb. Amerikalı komandir Lazerin gələcək silah sistemlərinə rəhbərlik edəcək unikal nailiyyət olduğunu qeyd edib:
"Lazer silahı ilə biz dənizdəki müharibəni dəyişdirəcək və istiqamətləndirəcəyik".

Cəmilə ƏZİM