Stoltenberqdən Rusiyaya xəbərdarlıq:“Ukraynaya qarşı təcavüzün ağır nəticələri...”

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi cəmləşməsi davam edir.
“Sherg.az” “HaberTürk”ə istinadən xəbər verir ki,Y.Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb:

"Biz Rusiyanın Ukrayna sərhədi yaxınlığında güclənməsinin dayanması və ya səngiməsi ilə bağlı heç bir əlamət görmürük. Əksinə, həmin istiqamətdə hərbi hərəkətlilik davam edir".

 Y.Stoltenberq vurğulayıb ki, bu hərəkətlənmənin heç bir əsası yoxdur və Avropanın təhlükəsizliyini təhdid edir.

Stoltenberq Rusiyanın bu davranışı təxribat xarakterli və sabitliyi pozan addım kimi qələmə verir:

"Rusiyanı diplomatiyaya qayıtmağa, gərginliyi azaltmağa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq. Ukraynaya qarşı növbəti təcavüzün ağır nəticələri olacaq".

Cəmilə ƏZİM