Şimali Koreyada daha bir qeyri-adi QADAĞA


Koronavirus epidemiyası ilə pik həddinə çatan aclıq və enerji böhranından boğulan, dünyanın ən tənha ölkəsi olan Şimali Koreyada Kim Çen Inın atasının xatirəsi anılır.  1994-cü ildə hakimiyyəti ələ keçirdikdən sonra Şimali Koreyanı 2011-ci ilə qədər idarə edən Kim Çen İr dekabrın 17-də vəfat edib.

 "Sherg.az" xəbər verir  ki, şimali koreyalılar paytaxt Pxenyan başda olmaqla bütün şəhərlərdə Kim Çen İri abidələri önündə bir dəqiqəlik sükutla yad ediblər.

Kim Çen In atasının ölümünün onuncu ildönümündə 11 günlük matəm elan edib. Buna görə 11 gün ərzində gülmək və içki içmək qadağan edilir və ad günləri qeyd oluna bilməz. İctimai yerlərdə xoşbəxtlik ifadələri nümayiş olunmayacaq və asudə vaxt keçirməyə icazə verilməyəcək.
Mənbə: Milliyyet