ABŞ təbii qazın istifadəsindən imtina edir

Nyu-York Şəhər Şurası yeni binalarda təbii qazdan istifadənin qadağan edilməsinə dair qərar verib.
Qərar səsvermə yolu ilə qəbul edilib.
Qanun 2023-cü ildə qüvvəyə minəcək və hündürlüyü yeddi mərtəbədən aşağı olan binalara şamil ediləcək.
Yeddi mərtəbədən yuxarı binalar üçün isə bu norma 2027-ci ildən sonra tətbiq olunacaq.
Lakin bu qərar gələcəkdə şəhər əhalisi üçün mənfi iqtisadi nəticələrə gətirib çıxa bilər.
Belə ki, evləri elektrik enerjisi ilə isitmək Nyu-York sakinlərinə daha baha başa gələcək.
Qeyd edək ki, Nyu-York ABŞ-da müvafiq qərarı qəbul edən ilk şəhəri deyil.
ABŞ-da yeni binalarda təbii qazdan imtina praktikası ilk dəfə Kaliforniyanın San Xose şəhərində tətbiq edilib.
Mənbə: Golosameriki.com