Aİ-dən Rusiyaya XƏBƏRDARLIQ! - “ Bu dəfə nəticələr ağır olacaq” 


Avropa İttifaqı (Aİ) administrasiyası bəyan edib ki, Rusiya Ukraynaya qarşı hərbi addım atacağı təqdirdə Kremlə ağır nəticələrə səbəb olacaq sanksiyalar tətbiq edəcək. “Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə konfransda Aİ Şurasının sədri Şarl Mişel bildirib. O qeyd cedib ki, Aİ-yə üzv ölkələrin liderləri belə bir vəziyyətdə Rusiyaya qarşı iqtisadi sanksiyaları aktivləşdirməyə razılaşıblar.

Ş.Mişel Aİ-yə üzv ölkələrin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan edən açıqlamalar verib:

 "Ukraynaya qarşı təcavüz olarsa, bunun çox ciddi nəticələri olacaq. Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiyalı tədbirlər görməyə hazırıq". 

Ş.Mişel bildirib ki, Aİ-yə üzv ölkələrin liderləri belə bir vəziyyətdə Rusiyaya qarşı iqtisadi sanksiyaları aktivləşdirməyə razılaşıblar.

Sloveniyanın baş naziri Yanşa da Aİ ölkələrinin ortaq mövqedə hərəkət etdiyini və Rusiyanın bu siyasətinə qarşı olduğunu bildirib:

 "Rusiyanın işğalının təkrarlanmasına imkan verməyəcəyik. Bu dəfə hazırıq".

Çimnaz ŞAHLAR