Əfqanıstanda iki partlayış baş verib, xəsarət alanlar var

Əfqanıstanın paytaxtı Kabildə gün ərzində iki partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli “Aamaj News” agentliyi məlumat yayıb.

Belə ki, səhər saatlarında Kabilin mərkəzi Pərvan-e Se məhəlləsində avtomobil partladılıb. Partlayış nəticəsində Əfqanıstanın tanınmış din xadimi Abdussalam Abid də daxil olmaqla 4 nəfər yaralanıb.

İkinci partlayış Kabilin şimal-qərbində yerləşən Xeyrxan məhəlləsində qeydə alınıb.

Digər təfərrüatlar hələlik verilməyib.