Marsda su ehtiyatı aşkar edilib 

Avropa Kosmik Agentliyi Rusiya Kosmik Agentliyi ilə birlikdə çalışaraq Marsda mühüm nailiyyət əldə edib.
"Sherg.az" xəbər verir ki, Mars planetində Hollandiya ölçüsündə su ehtiyatı aşkar edilib. Alimlərin apardığı araşdırmalar nəticəsində Mars planetinin ekvatorunun cənubunda böyük su ehtiyatının olduğu müəyyən edilib. 
 Beləliklə, Marsda su tapmaq fəaliyyətləri çox mühüm mərhələyə keçib. Su mənbəyinin tapılması qarşıdakı illərdə görüləcək işlərə müsbət təsir göstərəcək. Mars tədqiqatlarında hər gün daha maraqlı məlumatlar ortaya çıxır.

Xanlar ƏLİBƏY