İranın “Tehran Times” qəzeti xəritə yaydı: İsrailin vurulacağı hədəflər...

İranda ingilis dilində dərc olunan “Tehran Times” qəzeti İsrailin İrana hücum edəcəyi istiqamətlərin xəritəsini çap edib. Xəritədə Tehrana olacaq hücum zamanı vurulacaq hədəflər göstərilib.

 "Sherg.az" xəbər verir ki, qəzetin əsas başlığında "bir yanlış hərəkətiniz kifayət edər!" yazılıb. “Təhlükə və təzyiqlər İranı qorxuda bilməz!” cümləsi isə yarımbaşlıqda qeyd olunub.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri bildirib ki, İran heç kəsə zərbə vurmaq niyyətində deyil, lakin əməliyyat səviyyəsində qəti cavab verməyə hazırdı.

Xanlar ƏLİBƏY