“Taliban” kişiləri saqqal saxlamağa məcbur etməyəcək


Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” təşkilatı kişiləri saqqal saxlamağa məcbur etməyəcək.

Bu barədə Hərbi Xidmətə Çağırış Nazirliyi bəyanat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, “Taliban” hər kəsi saqqal saxlamağa məcbur etmək və onun yoxluğuna görə cəzalandırmaq hüququna malik deyil.

Qurumdan qeyd olunub ki, saqqal uzatmaq barədə göstəriş sadəcə tövsiyə xarakteri daşıyır.

Mənbə: “RİA Novosti”