Qazaxıstanda silah-sursat dolu Ermənistan nömrə nişanlı avtomobil saxlanılıb

İğtişaşların yaşandığı Qazaxıstanda silahla dolu olan Ermənistan nömrə nişanlı avtomobil saxlanılıb.

Bu barədə Qazaxıstanın 24 TV kanalı məlumat yayıb.

Məlumata görə, avtomobildə üç kişi və uşaqlı qadın olub.

Ural şəhərində postda saxlanılan “Toyota” markalı avtomobilin sürücüsü əvvəlcə baqajı açmağa razı olmayıb.  Baxış zamanı sərnişinlərdən birində bıçaq aşkarlanıb.
Ətraflı axtarış zamanı avtomobildən çox sayda silah-sursat, qumbara, gözyaşardıcı qaz vasitələri, onlarla mobil telefon, planşetlər, smart saatlar  müsadirə edilərək götürülüb.
Faktla bağlı Qazaxıstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.