ABŞ-da yaşayan həmyerlimiz Nyu-York meriyasında yüksək vəzifəyə təyin olunub


ABŞ-da yaşayan azərbaycanlı Rəna Abbasova Nyu-York meriyasının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri təyin edilib.

AZƏRTAC xəbər verir ki, R.Abbasova bu vəzifəyə Nyu-Yorkun yeni meri Erik Adams tərəfindən təyin olunub. O, Adamsla 2016-cı ildən – onun Bruklin rayonunun prezidenti olduğu vaxtdan çalışır.

Qeyd edək ki, ötən ilin noyabrında keçirilən seçkilərdə 66,14 faiz səs toplayan Erik Adams Nyu-Yorkun yeni meri seçilib.