Nazarbayevin keçmiş müşavirindən ŞOK RƏQƏMLƏR:"Qərb Qazaxıstana 376 milyard dollar..." - Narahatdırlar!

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Ermuxamet Yertısbayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin ölkəyə yeridilməsi ilə bağlı qərb ölkələrinin münasibətindən danışıb. 

"Sherg.az"ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, E. Yertısbayev qeyd edib ki, Avropa İttifaqı ölkələri və ABŞ Qazaxıstana böyük maraq göstərirlər, çünki onlar ölkəyə təxminən 376 milyard dollar sərmayə qoyublar. Onun fikrincə, bu səbəbdən KTMT qoşunlarının Qazaxıstana yeridilməsi bütün Qərbi hiddətləndirib.
E.Yertısbayev Qazaxıstanda baş verən iğtişaşlarda məhz xarici qüvvələrin iştirak etdiyi barədə fikir səsləndirib: 

“Rusiyaya qarşı xoşagəlməz hal yaratmaq üçün bunu etmək lazım idi, çünki Rusiya gələn həftə Amerika Birləşmiş Ştatları, NATO ilə sərt danışıqlara başlayacaq”.

 Keçmiş müşavir Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin hər şeyi düzgün etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ KTMT sülhməramlılarını dəvət etdiyinə görə Qazaxıstandan izahat tələb edəcək. Həmçinin Kasım-Jomart Tokayevin etirazçılara atəş açmaq əmrini də tənqid edib.

Xanlar ƏLİBƏY