Qazaxıstan: 8 min tutulan, 3-ü uşaq olmaqla 164 ölən... - ABŞ mətbuatı açıqladı   

Qazaxıstandakı etirazlar zamanı təxminən 8 min nəfər polis tərəfindən saxlanılıb.
"Sherg.az" "Apnews"a istinadən xəbər verir ki,  bu barədə Qazaxıstanın hakimiyyət orqanları məlumat yayıblar. 
Prezident Kasım-Jomart Tokayev baş verən hadisələri ölkəyə qarşı “terror təcavüzü” adlandırıb. O, hakimiyyətin dinc nümayişçilərlə mübarizə aparması ilə bağlı xəbərləri “dezinformasiya” adlandırıb.
Qazaxıstan Daxili İşlər Nazirliyi ölkə üzrə ümumilikdə 7939 nəfərin saxlanıldığını bildirib. 
Qazaxıstanın əks-kəşfiyyat və antiterror agentliyi olan Milli Təhlükəsizlik Komitəsi bazar ertəsi ölkədə vəziyyətin “sabitləşdiyini və nəzarət altında olduğunu” qeyd edib.
Qeyd edək ki, ölkənin Səhiyyə Nazirliyi bazar günü iğtişaşlarda üçü uşaq olmaqla 164 nəfərin həlak olduğunu bildirib.

Xanlar ƏLİBƏY