Qazaxıstanla Qırğızıstan sərhədində yük maşınları karvanı...

Qazaxıstanla Qırğızıstan sərhədində yük maşınları tıxacda gözləyirlər.
"Sherg.az" xəbər verir ki, bu barədə "RİA novosti"nin müxbiri bildirib.
Məlumata görə, Qırğızıstanla sərhəddə, Qazaxıstanın Karasu kəndindən bir qədər aralıda çoxlu yük maşınları dayanıb. Yük maşınları karvanı ən azı yarım kilometr uzanıb. 

Sürücülər "RİA novosti" agentliyinin müxbirinə bildiriblər ki, Qazaxıstan tərəfinə gedən hər bir yük maşınının yoxlanılması üç saata qədər vaxt aparır. Hətta bəzi sürücülər yanvarın 9-u axşam saat 17:00-dan sərhəddə gözləyirlər. Karvan yavaş-yavaş irəliləyir.

Yük maşınları üçün başqa keçid məntəqəsi də var, lakin onlar əsasən Karasu kəndi yaxınlığındakı yoldan istifadə edirlər. Digər yol isə Bişkekdən 130 kilometr aralıda yerləşir.

Qeyd edək ki, Qazaxıstan ərazisinə yalnız ölkə vətəndaşlarının daxil olmasına icazə verilir. Sərhəddə yük maşınlarının tıxacını çıxmaq şərti ilə vəziyyət sakitdir, oradan adi avtomobillər keçmir.

Xanlar ƏLİBƏY