Qazaxıstanda daha bir polis öldü

Qazaxıstanda daha bir polis ölüb.
"Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir ki, bu barədə "Tengrinews.kz" məlumat yayıb. 
Xəbərə görə, bazar ertəsi Almatı şəhərinin Türksib rayon polis idarəsinin rəis müavininin öldüyü məlum olub. Rayon Polis İdarəsinin rəis müavini Tanat Nazanovun iş yerində infarkt keçirərək dünyasını dəyişdiyi bildirilir.

Xanlar ƏLİBƏY