Tokayev AÇIQLADI: "KTMT-nin 2 min 30 nəfər canlı qüvvəsi, 250 texnikası..."

Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev KTMT-nin Qazaxıstan ərazisindəki qüvvələrinin sayını açıqlayıb. 
"Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir ki, Tokayev bunu KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası zamanı deyib.
“Bu gün Qazaxıstan Respublikasında Kollektiv Təhlükəsizlik Şurasının qərarına əsasən, KTMT-nin 2030 nəfərdən ibarət kollektiv sülhməramlı qüvvələri və 250 texnikası yerləşdirilib. Qarşıya qoyulmuş vəzifələrin icrasına başlanılıb”, - deyə prezident qeyd edib.

Xanlar ƏLİBƏY