Qazaxıstana uçuşlar bərpa ediləcək

Ural Hava Yolları yanvarın 14-dən Qazaxıstana uçuşları bərpa edəcək.
"Sherg.az" xəbər verir ki, bu barədə "RİA Novosti"yə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd olunub:
"Biz yanvarın 14-dən uçuşlara başlamağı planlaşdırırıq. Yanvarın 14-də iki reys olacaq: Yekaterinburq - Almatı - Yekaterinburq və Jukovski - Nur-Sultan - Jukovski reysləri təşkil ediləcək"
Qeyd edək ki, aviaşirkət yanvarın 7-dən 13-dək Qazaxıstana uçuşları ləğv etmişdi.

Xanlar ƏLİBƏY