Qazaxıstanın Atırau vilayəti: 49 polis əməkdaşı,  27 hərbçi yaralanıb

Qazaxıstanın Atırau vilayətində iğtişaşlar zamanı azı 49 polis əməkdaşı və 27 hərbçi yaralanıb.
“Sherg.az” RİA novostiyə istinadən xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Bundan əvvəl rayon xəstəxanasının baş həkimi Yerbol İmanqəliyev iğtişaşlar zamanı 60-dan çox yaralının olduğunu bildirmişdi. Onlardan 42 nəfəri hərbçidir.

Qeyd olunub ki, bəzi asayiş keşikçiləri xəsarət alsalar da, xidmətlərinə davam ediblər. Qanunsuz aksiyalarda iştirak etmiş 275 nəfər saxlanılıb.

Xanlar ƏLİBƏY