Fransanın 5 bölgəsində "qırmızı təhlükə" elan edildi

Fransanın cənubunda 5 bölgədə güclü yağışın səbəb olduğu daşqınlara görə "qırmızı xəbərdarlıq" elan edilib.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, Meteo (Fransa Meteorologiya İdarəsi) ölkənin cənub-qərbində Pireney-Atlantik, Landes, Hautes-Pyrenees, Haute-Garonne və Ariege bölgələrində güclü yağış və daşqınlara görə "qırmızı təhlükə" elan edib.
Gerd, Nord və Aisne bölgələrində daşqın riski, Pireney-Şərq bölgəsində isə uçqun təhlükəsi ilə bağlı “narıncı xəbərdarlıq” elan edilib.
Palçıq daşqınlarının Pireney-Atlantik və Landes bölgəsində də müşahidə oluna biləcəyi bildirilir.

Pireney-Atlantik bölgəsinin Bask əyalətində ən azı 900 evə elektrik enerjisi verilə bilmir,  bəzi bölgələrdə dəmir yolu nəqliyyatı dayandırılıb, bəzi şəhərlərdə məktəblər üçün nəqliyyat fəaliyyətləri ləğv edilib.

Şərq Pireneyi və Ariege qubernatorluqlarının yaydığı ortaq açıqlamada ölkəni Andorra ilə birləşdirən "RN 320" və "RN 22" yollarının pis hava şəraiti səbəbilə bağlandığı açıqlanıb. Güclü yağışların sabaha qədər davam edəcəyi gözlənilir.
 
Cəmilə ƏZİM