Almaniyadan Teleqrama ciddi xəbərdarlıq: “Çıxış yolu bağlanma ola bilər”

Almaniyanın daxili işlər naziri Nansi Faeser, “Telegram” mesajlaşma proqramının Almaniya qanunlarına uyğun gəlmədiyi təqdirdə son çarə olaraq bağlana biləcəyini söyləyib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, nazir Nensi Faeser nifrət nitqlərinin yayıldığı platforma kimi göstərdiyi “Telegram” mesajlaşma proqramı ilə bağlı qiymətləndirmələr aparıb:
"Fevralın 1-dən sosial şəbəkələr nəinki nifrət nitqi və ölüm təhdidlərini silməli olacaq, həm də bu barədə Federal Cinayət Agentliyinə məlumat verəcək”.

Feaser, məsələnin Avropa səviyyəsində həll edilməsi lazım olduğunu vurğulayıb: 

"Çünki tək bunu etmək şansımız yoxdur. Teleqramın mərkəzi bu gün Dubayda, sabah Kayman adalarında ola bilər. Qanunu tətbiq etmək üçün daha çox gücə ehtiyacımız olacaq.  Almaniya dövləti olaraq bunu təkbaşına edə bilmərik".
 
Çimnaz Şahlar