ABŞ dövlət katibi Antoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrovun İsveçrənin Cenevrə şəhərində görüşü başlayıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, “Prezident Wilson” otelində baş tutacaq görüşdə Ukrayna sərhədindəki gərginlik müzakirə ediləcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov görüşdə gözləntilərindən danışıb: “Biz bu görüşdən bir nəticə gözləmirik. Bizim təkliflərimiz çox konkretdir və eyni zamanda konkret cavablar gözləyirik”.
Görüşdən sonra Lavrovun saat 15.00-da, Blinkenin isə 15:30-da mətbuat konfransı keçirəcəyi açıqlanıb.
Çimnaz Şahlar