NASA-nın təqaüdə çıxmış astronavtı Skot Kelly 2016-cı ildə Beynəlxalq Kosmik Stansiyada qorilla kostyumu geyinməsini bildirib.
Skot Kelly insanlara kosmosda qorilla kostyumu geyinməyinin səbəbini izah edib:
"Kosmosda həyat monotonlaşa bilər, xüsusən də bir müddət orada olsanız, bu baş verəcək"
O, qardaşı ilə olan telefon danışığından bəhs edib:
"Bir gün qardaşımla telefonda danışırdım və o, qorilla kostyumu göndərdiyini dedi. Səbəbini soruşdum. O da, əvvəllər kosmosda qorilla olmadığını bildirdi"
Qeyd edək ki, 2016-cı ilin fevralında "Twitter"də paylaşılan videoda Skotun qorilla kostyumunu geyindiyi və İngilis astronavtı Tim Pikin arxası ilə qaçdığı görülüb. Video 9 milyondan çox baxış toplayıb.
Cəmilə ƏZİM