Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron fevralın 7-də Kremldə görüşüblər. Onlar arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib.
Politoloq Azər Rəşidoğlu liderlərin görüşünü “Sherg.az”a şərh edərkən bildirib ki, hazırda dünyanın siyasi səhnəsində yeni bir mənzərə qurulub. Burda dünyanın əsas oyunçuları Rusiya, ABŞ, Çin və Türkiyədir:
“Bu baxımdan Fransa Avropa Birliyindəki, eləcə də dünyadakı proseslərə təsir göstərmək gücündə deyil. Dünənki danışıqlardan göründü ki, Putinlə Makron görüşü istənilən nəticəni verməyib. Bu gün Avropa Rusiyanın qaz ixracından asılı vəziyyətdədir. Bu baxımdan onun Rusiya ilə danışıqlara başlaması gözləniləndir”.
A.Rəşidoğlu hesab edir ki, Putinin Çin səfərindən sonra Makronu qəbul etməsi hansısa bir ciddi dəyişikliklərə səbəb olmayacaq:
“Çünki hazırda Fransanın dünya siyasətinə elə də böyük təsiri yoxdur .O hazırda şahmat lövhəsində ciddi bir fiqur deyil”.