ABŞ Ukraynaya növbəti hərbi yardım göndərib

ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib. Ukraynaya silahlar iki təyyarə ilə çatdırılıb.
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat yayıb.
Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur.
O, “Javelin” tank əleyhinə sistemlərin, qumbaraatanların və digər müdafiə vasitələrinin Kiyevə gətirildiyini açıqlayıb.
Xatırladaq ki, ABŞ bir müddət əvvəl də Ukraynaya müxtəlif növ silah-sursat göndərmişdi. 
Mənbə: Obozrevatel