"Uzun masa" müzakirəsi! -  “Makronun Kremlin test tələbini rədd edib?” - DNT məlumatlarını verməyib!

Putin və Makronun görüşündə "uzun masa"  gündəmə damğa vurub.  Bəzi qaynaqlar Makronun Kremlin "Covid-19" testi tələbini rədd etdiyini, buna görə də uzaqlaşdıqlarını irəli sürdü."Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki,  Makronun DNT məlumatlarını Rusiyaya vermək istəmədiyi üçün test tələbindən imtina etdiyi bildirilib.

Başqa bir mənbə Makronun Rusiya PCR testindən imtina edərək Fransanın PCR testini etdirdiyini və Moskvaya belə gəldiyini söylədi.

Kremlin sözçüsü Dmitri Peskov iki liderin Makronun testdən keçməməsi səbəbindən masada uzaq məsafə saxladıqlarını  təsdiqləyib. Bunun hansısa bir siyasi məqsədlə bağlı olmadığını bildirib.
Digər tərəfdən, bəzi ekspertlər Rusiya rəhbərinin  davranışının diplomatik mesaj verə biləcəyini bildiriblər. Qazaxıstan prezidenti Kasım Cömert Tokayevlə  Vladimir Putin arasında dünən Kremldə baş tutan görüşdə heç bir məsafə olmayıb.

Cəmilə ƏZİM