ABŞ Əfqanıstan Mərkəzi Bankının 7 milyard dollarlıq aktivlərini blokladı


ABŞ Prezidenti Co Bayden Əfqanıstan Mərkəzi Bankının Vaşinqtondakı 7 milyard dollarlıq aktivlərini bloklayan fərman imzalayıb.

Sənədə əsasən, Əfqanıstan Mərkəzi Bankının dondurulmuş aktivlərinin yarısı ABŞ məhkəmələrindəki terror qurbanları yaxınlarının iddialar müqabilində mümkün kompensasiyanın ödənilməsi üçün ehtiyatda saxlanılacaq.

Dondurulmuş aktivlərdən təxminən 3,5 milyard dolları isə əfqanlara kömək etmək üçün fonda köçürüləcək.

Qeyd edək ki, Əfqanıstan Mərkəzi Bankı dünyanın müxtəlif ölkələrində təxminən 9 milyard dollar həcmində aktivlərə malikdir. Onların demək olar ki, hamısı ölkədə “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra bloklanıb.

Mənbə: TASS