Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək


Türkmənistanda növbədənkənar prezident seçkilərinin tarixi müəyyənləşib.

“Report” RBC-ya istinadən xəbər verir ki, seçkilər martın 12-də keçiriləcək.

Qeyd edək ki, ötən gün Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov postunu gənc rəhbərə vermək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Türkmənistanda sonuncu prezident seçkiləri 2017-ci ildə baş tutub. Həmin seçkilərdə Q.Berdıməhəmmədov səslərin 97,28 %-i toplayıb. Mərkəzi Asiya ölkəsində prezident 7 il müddətinə seçilir.