"Hökümət heç yerə çıxmamağı tapşırıb. Şəhərdə SOS siqnalı verilib. Hazırda rus tankları Xarkova daxil olub. Hamı təşviş içindədir, qaçmağa səy göstərir. Biz də Dnepr şəhərinə getməyə çalışırıq".
Bunu "Sherg.az"a açıqlamasında Xarkov Ticarət və İqtisadiyyat institunun azərbaycanlı tələbəsi Sənan Cəlilov deyib.
Qeyd edək ki, azərbaycanlı tələbələr Ukraynadakı hərbi vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etməyə can atırlar.