Odessa vilayətinin Podolsk rayonunda yerləşən hərbi hissəyə endirilmiş zərbə nəticəsində 18 nəfər ölüb.
Bununla bağlı Odessa Vilayəti Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Ölənlərdən 8-i kişi, 10-u qadındır. Dağıntılar altından çıxarılmış 6 nəfər xəstəxanaya yerləşdirilib.
Mənbə: unian.ua