Kiyevdə yeraltı keçiddə qalan tələbələrin yeri dəyişdirildi


“Ukraynanın paytaxtı Kiyevdə yeraltı avtomobil dayanacağında qalan doqquz Azərbaycan vətəndaşının yeri dəyişdirilib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

Onun sözlərinə görə, hazırda tələbələr olan yer əvvəlkinə nisbətən daha yaxşıdır:

“Onların təxliyəsi ilə bağlı danışıqlar gedir”.

Qeyd edək ki, dünən doqquz tələbə Kiyevdə yeraltı avtomobil dayanacağında gizləndiklərini, yerlərinin soyuq olduğunu və qida ehtiyatlarının olmadığını bildiriblər.