Rus ordusu irəliləyə bilmir, ağır zərbələr endirilir – Arestoviç

Gün ərzində (Fevralın 26-da – red.) demək olar ki, düşmənin irəliləyişi olmayıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Aretoviçin sözlərinə görə, düşmən əməliyyata fasilə versə də, bu, könüllü olaraq deyil, Ukrayna müdafiəçilərinin mövqelərinə hücuma cəhd edərkən verdikləri böyük itkilərə görə alınıb:

"Kiyevin qərbində düşmən qüvvələri toplanıb, amma biz onlara artilleriya zərbələri endiririk, böyük itki verirlər. Biz onların tempini aşağı saldıq və indi onlar Kiyevə doğru irəliləyə bilmirlər".

Prezident Aparatı sədrinin müşaviri əlavə edib ki, hazırda Sum və Çerniqovda vəziyyət stabil olaraq qalır:

“Sum tamamilə bizim nəzarətimizdədir. Orada keçmiş və indiki hərbçilər və sıravi vətəndaşlar özbaşına təşkilatlanıb müdafiəni həyata keçirirlər.

Xüsusən də düşmənə doğru hücumlar edir, onlar üçün yanacaq daşıyan maşınları yandırırlar. İndi bu bölgədə rus ordusu tamamilə ruhdan düşüb, heç bir tərpəniş yoxdur.

Xarkovda döyüşlər davam edir və parlaq nəticələr var. Xüsusilə də Mariupol yaxınlığında mövqelərimizə hücum etməyə çalışan daha bir Rusiya təyyarəsi vurulub”.