"Hazırda Ukraynanın bütün ərazisi faktiki olaraq tam nəzarət altındadır və vəziyyət stabildir".
Sherg.az "24News.ge"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Daxili işlər nazirinin müşaviri Vadim Denisenko, televiziyada çıxışnda bildirib.
O qeyd edib ki, düşmən heç bir şəhərə girə bilmiyəcək:
"Məncə, artıq hamı bilir ki, düşmən heç bir şəhərə girə bilməyəcək. təxminən iki saat əvvəl, ruslar İrpendən, Xarkovdan və Volnovaxdan tamamilə təmizlənib”, - deyə nazirin müşaviri bildirib.
Onun sözlərinə görə, hazırda əsas təxribatçı-kəşfiyyat qrupları narahatlıq doğurur.