Sükut cəmi bir neçə saat çəkdi: Kiyev və Xarkovda partlayış səsləri eşidilir - VİDEO


Kiyev və Xarkovda yenidən partlayış səsləri eşidilir.

Bu barədə Xüsusi Rabitə Dövlət Xidməti xəbər verib.

“Bundan əvvəl Ukrayna paytaxtında bir neçə saat sakitlik hökm sürüb”, - deyə məlumatda vurğulanıb.

Xarkovdakı yerli “Telegram” kanallarında şəhərdə Ukrayna hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyi və Rusiya ordusunun hücumlarını dəf etdiyi bildirilir.

“Xarkov Life”ın məlumatına görə, Rusiya qoşunları şəhərin hava limanını və yaşayış məntəqələrini atəşə tutur. Hələlik xəbərin rəsmi təsdiqi yoxdur.