“Google” Rusiya dövlət mediasına qarşı sanksiyalar tətbiq edir


“Google” korporasiyası Rusiyada dövlət mediasının monetizasiyasını dayandırmaq qərarına gəlib. Şirkət bildirib ki, hökumət tərəfindən maliyyələşdirilən Rusiya mediası üçün xidmətlərində reklam yerləşdirməyi müvəqqəti qadağan edir.

“Ukraynadakı müharibəyə cavab olaraq, “Google”un platformalarında Rusiya dövlət mediasının monetizasiyasını dayandırırıq. Biz yeni hadisələri fəal şəkildə izləyirik və lazım gələrsə, əlavə addımlar atacağıq”, - deyə şirkətdən bildirilib.

Bundan əvvəl “YouTube” videohostinqi Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində keçirdiyi xüsusi hərbi əməliyyatla əlaqədar bir sıra Rusiya kanallarının monetizasiyasını əngəllədiyini bildirib. Həmçinin “Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan “Meta” tərəfindən də Rusiya mediasının monetizasiyası qadağan edilib.

Mənbə: TASS