Finlandiyanın ən böyük ərzaq pərakəndə satışı ilə məşğul olan şirkətlərindən biri “S-Group” Rusiya məhsullarının satışını dayandırdığını elan edib.
“Rusiya istehsalı olan 50-yə yaxın mal satışdan çıxarılıb. Bunlara qida, idman ləvazimatları və tekstil məhsulları daxildir” - “S-Group” pərakəndə satış şirkətinin yaydığı məlumatda qeyd olunub.
Şirkət bu addımı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlara cavab olaraq atıldığını bildirib.
Mənbə: Yle.fi