Rusiya BBC-yə girişi məhdudlaşdırdı


Rusiyada BBC-nin rus dilli xidmətlərinə giriş məhdudlaşdırılıb.
“Sherg.az” BBC-yə istinadən xəbər verir ki, Rusiya parlamenti silahlı qüvvələr haqqında “saxta” məlumat yaymağı cinayət hesab edən qanun qəbul edib. Kreml münaqişənin müharibə adlandırılmasının əleyhinədir. Bunun əvəzinə onu “xüsusi hərbi əməliyyat” adlandırılmağını tələb edir.

BBC-nin sözçüsü buna cavab olaraq, işğaldan bəri rekord sayda insan BBC-nin rus xəbər saytını oxuyaraq münaqişə ilə bağlı ən son məlumatları axtardığını dilə gətirib:
“Dəqiq və müstəqil məlumat əldə etmək fundamental insan hüququdur və hər həftə milyonlarla “BBC News”a güvənən Rusiya xalqı bunu inkar etməməlidir. 

Biz “BBC News”un Rusiyada və dünyanın qalan hissəsində əlçatan olması üçün səylərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, dünən Rusiyanın müstəqil xəbər agentliklərindən biri olan "TV Rain" müharibədən görüntü yayımladığı üçün təzyiqlərə məruz qalıb və yayımını dayandırıb. Kanal kadrların çəkiliş meydançasını tərk etməsini göstərməklə son yayımını başa vurub.

Rusiyanın dövlət xəbər agentliyi olan “RİA”, “Deutsche Welle”, “Meduza” və “Azadlıq Radiosu” da daxil olmaqla digər xəbər təşkilatlarının da xidmətlərinə məhdudiyyət qoyulduğu bildirilir.

Çimnaz Şahlar