"Döyüşəcəyik"! - Zirzəmidə nənəsiylə birlikdə “molotof” düzəldirlər 



  Rusiya işğalına qarşı dirənişə qatlanlardan biri də İngiltərə vətəndaşı ilə ailə qurmuş Sabinadır. Sabina müharibə xəbərini duyar-duymaz Ukraynaya yol alıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki,  Ukrayna Prezidenti V.Zelenskinin “hamını işğala qarşı birləşməyə çağırıram. Hər kəs gəlib rus ordusuna qarşı bizimlə yan-yana döyüşə bilər”, müraciətindən sonra Sabina da bu ölkəyə axın edənlərdən biri olub. Sabinanın həyat yoldaşı Maykl Böyük Britaniya Kral Dəniz Donanmasında xidmət edib.

İndi isə hər ikisi Ukraynanı müdafiə etmək üçün bu ölkəyə gəlib. Bombardmanlar başladıqda Maykl həyat yoldaşı və anası Oksana ilə nənəsi Larisanı Kiyevdən bir neçə kilometr məsafədə olan mənzillərinə aparıb. Qadınlar mənzilin zirzəmisində kustar üsulla “molotof kokteyli” düzəltməyə başlayıblar. 

Bu silahdan rus tanklarına qarşı istifadə edəcəklərini deyirlər. Maykl Sabina ilə Ukraynada snayperlik edərkən tanış olub. Ailə “molotof kokteyli”ni tanklara necə atmaq lazımdır, videolar vasitəsiylə öyrənir. Sabina nənəsinin mənzilində zirzəminin hərbi sığınacağa çevrildiyini deyir: “molotof kokteyl"i düzəldəcəyimi ağlıma da gətirməzdim. Amma buna məcburuq. 

Hər şeyə hazır olmalıyıq. Biz Ukraynanı tərk edə bilərdik. Ancaq getmədik. Burada qalıb döyüşəcəyik”.