Ukraynanın dinc əhalisi arasında qurbanların sayı hər gün artır.
"Report" UNİAN-a istinadən xəbər verir ki, BMT ölkədə insan itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb.
Məlumata görə, müharibə başlayandan azı 331 mülki şəxs həlak olub, daha 675 nəfər yaralanıb.
Ölənlərdən 19-u uşaqdır.
Qurbanların əksəriyyəti ağır artilleriya atəşi, çoxsaylı raket zərbələrindən ölüb.
Xatırladaq ki, martın 3-də Çerniqovda Rusiya aviasiyasının bombardmanı nəticəsində 47 nəfər - 38 kişi və 9 qadın həlak olub.