Moskva hava limanlarında 100-dən çox reys təxirə salınıb və ya ləğv edilib


Bu gün səhərdən Moskvanın üç hava limanında – “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo”da 100-dən çox reys təxirə salınıb və ya ləğv edilib.


Bu barədə “Yandex.Raspisanie” xidmətinin məlumatlarından aydın olub.

Moskva vaxtı ilə saat 07.39-a (Bakı vaxtı ilə 08.39) olan məlumata görə, “Vnukovo” hava limanında 10 reys gecikib, 34 reys təxirə salınıb, “Domodedovo”da 3 reys gecikib, 16-sı ləğv edilib, “Şeremetyevo”da 14 reys gecikib, 30-u ləğv edilib.

Xatırladaq ki, ABŞ və Avropa İttifaqı hava məkanlarını Rusiyaya məxsus təyyarələr üçün bağladığını bəyan edib. Qadağa Rusiyada qeydiyyatdan keçmiş bütün təyyarələrə, o cümlədən çarter reyslərinə də şamil edilir.

Mənbə: RİA Novosti